“Xəzər Lənkəran”da şok təyinat!
25 fevral 2013 12:36 (UTC +04:00)

“Xəzər Lənkəran”da şok təyinat!

“Xəzər Lənkəran” futbol klubunda şok təyinat gerçəkləşib. Lent.az-ın məlumatına görə,  cənub klubu sabiq FİFA referisi Babək Quliyevlə əməkdaşlığa başlayıb.

 

Keçmiş beynəlxalq dərəcəli hakim “Xəzər Lənkəran”ın idman direktoru vəzifəsinə gətirilib.

 

Qeyd edək ki, Babək Quliyev futbol həyatına 1983-cü ildə futbolçu kimi başlayıb. 2001-ci ildən etibarən hakimlik fəaliyyətinə start verən Quliyev 2002-ci ildən peşəkar karyerasına FİFA referisi kimi davam edib. 2009-cu ilə qədər Azərbaycanı beynəlxalq arenalarda təmsil edən referi 2009-cu ildə hakimlikdən kənarlaşdırılıb. Bununla belə, Quliyev futboldan uzaqlaşmayıb. O, hazırda bir sıra media orqanlarında futbol eksperti olaraq hakimliyin səviyyəsini şərh edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1667
avatar

Oxşar yazılar