“Xəzər Lənkəran” klubu heyətinə daha bir futbolçu cəlb edib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı Marin Orsuliçlə 2 illik müqavilə imzalanıb.
25 yaşlı Orsuliç dayaq yarımmüdafiəçisi mövqeyində oynayacaq.
Qeyd edək ki, Marin Orsuliçin son klubu 2005-ci ildən şərəfini qoruduğu Xorvatiya “Zaqreb”i olub.