“Xəzər Lənkəran” məşhur baş məşqçi ilə anlaşdı
09 mart 2013 10:33 (UTC +04:00)

“Xəzər Lənkəran” məşhur baş məşqçi ilə anlaşdı

 

"Xəzər Lənkəran" futbol klubunun yeni baş məşqçisi Con Bencamin Toşak olacaq. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 64 yaşlı britaniyalı mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacaq.

 

O, martın 15-də “ağ-yaşıllar”a qovuşacaq.

 

Toşak 1949-cu ildə Uelsin Kardiff şəhərində doğulub. O, peşəkar futbolçu karyerasını 16 yaşında doğma şəhərində başlayıb. Toşak çıxış etdiyi liqada ən cavan oyunçu olaraq bununla rekord müəyyənləşdirib və bu rekord 41 il davam edib. O, futbolçu karyerası ərzində “Kardiff Siti” (1965 - 1970), “Liverpul” (1970 - 1978) və “Svensi Siti” (1978 - 1984) klublarında oynayıb. O, həmçinin Uelsin 23 yaşadək milli komandasının və əsas millisinin şərəfini qoruyub.

 

Toşak zəngin məşqçilik karyerası ilə diqqəti cəlb edir. O, karyerası ərzində 16 klubu, o cümlədən “Real Madrid”, “Real Sosyedad”, “Deportivo” və “Beşiktaş” kimi nüfuzlu komandaların baş məşqçisi kimi bir çox uğurlara imza atıb. Toşak “Svensi Siti” ilə Uels Kubokunu (1980/81, 1981/82, 1982/83), “Real Sosyedad”la İspaniya kubokunu (1986/87), “Real Madrid”lə çempionluğu (1989/90), “Deportivo” ilə Superkuboku (1995), “Beşiktaş”la Türkiyə kubokunu (1997/98) qazanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1309
avatar

Oxşar yazılar