“Xəzər Lənkəran” az, amma səviyyəli legionerlər alacaq
18 mart 2013 09:40 (UTC +04:00)

“Xəzər Lənkəran” az, amma səviyyəli legionerlər alacaq

 

“Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirov Con Toşakın komandaya baş məşqçi təyinatını şərh edib. Lent.az-ın məlumatına görə, uelsli mütəxəssisin təqdimat mərasimində çıxış edən Nadirov Toşakın gəlişini “ağ-yaşıllar” üçün əlamətdar hadisə adlandırıb.

 

O, yeni baş məşqçinin təkcə gələn il 10 yaşını qeyd edəcək kluba deyil, Azərbaycan futboluna da töhfə verəcəyinə inam ifadə edib. Nadirov Toşakın istəyinə uyğun oyunçuların alınacağını açıqlayıb: “Yeni baş məşqçimizlə sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 2 illik müqavilə imzalamışıq. Transferlərlə bağlı bütün səlahiyyətlər onun əlindədir. Hansı oyunçunu istəsə, o da alınacaq. Ola bilər ki, 5 legionerlə çıxış edək, amma onların hamısı səviyyəlilər olacaq. Amma Toşak yerli futbolçularla işləməyi daha çox istəyir. Əcnəbi oyunçulardan isə ən səviyyəlilərinə üstünlük verəcək”.

 

O, son zamanlar klubun daha çox baş məşqçi dəyişikliyinə əl atmasının da səbəbini açıqlayıb. Vitse-prezident bildirib ki, “Xəzər Lənkəran” özünü hansısa baş məşqçidən asılı vəziyyətə sala bilməz: “Mirça Rednikin istefasından sonra Cüneyt Biçər gəldi. O, nəticə verə bilmədiyi üçün getdi. Yunis Hüseynovla 2-ci yeri tutub Avropa Liqasında tarixində ilk dəfə mərhələ keçdik. Klubumuzun qarşısında müəyyən hədəflər var. Mövsüm bitməyib və ölkə kuboku uğrunda görüşlər var. Qalan müddətdə kuboku qazanmağa çalışacağıq”.

 

 

 

 

# 1307
avatar

Oxşar yazılar