“Xəzər Lənkəran” “Barselona” prezidentliyinə namizədlə müqavilə bağladı
15 aprel 2013 10:31 (UTC +04:00)

“Xəzər Lənkəran” “Barselona” prezidentliyinə namizədlə müqavilə bağladı

“Xəzər Lənkəran” futbol klubunun baş məşqçisi Con Bencamin Toşakın yeni köməkçisi təyin olunub. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Aleksis Plaza Anqulodur.

 

Anqulo ilə 2 illik müqavilə bağlanılıb. 30 yaşlı mütəxəssis əfsanəvi hollandiyalı futbolçu və futbol funksioneri Yohan Kroyff tərəfindən “Klub idarəetməsi” diplomu ilə təltif olunub və 2010-cu ildə “Barselona”nın prezidenti postuna namizəd olub.

 

Qeyd edək ki, Aleksis Plaza Anqulonun son iş yeri İspaniya “Sant Andreu”su olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804
avatar

Oxşar yazılar