“Xəzər Lənkəran”  “Malaqa”nın keçmiş futbolçusunu aldı
29 yanvar 2013 10:54 (UTC +04:00)

“Xəzər Lənkəran” “Malaqa”nın keçmiş futbolçusunu aldı

“Xəzər Lənkəran” klubu ispaniyalı futbolçu Alvaro Silva Linareslə müqavilə imzalayıb. Lent.az-ın məlumatına görə, 28 yaşlı mərkəz müdafiəçisi 1,5 illik anlaşmaya qol qoyub.

 

O, bir neçə gün Türkiyənin Antalya şəhərində komandanın düşərgəsində baxışda olduqdan sonra bəyənilib. “Məşqlərdə və iştirak etdiyi 1 yoldaşlıq oyununda Silva özünü kifayət qədər etibarlı müdafiəçi kimi göstərə bilib” deyə klubun rəsmi saytında bildirilir. Yeni transfer Rusiya “Rubin”inə yollanmış Ruslan Abışovu əvəzləməlidir.

 

Alvaro Silva Linares 2006 - 2009-cu illərdə İspaniyanın “Malaqa” və icarə əsasında “Xerez”, 2009 - 2011-ci illərdə “Kadis” və 2011-2012-ci illərdə Rumıniyanın “Petrolul” komandasında oynayıb. Onun son çıxış etdiyi klub elə “Xerez” olub.

 

Qeyd edək ki, Antalyadakı təlim-məşq toplanışı çərçivəsində “Xəzər Lənkəran” daha 2 yoxlama matçı keçirəcək. “Ağ-yaşıllar” yanvarın 30-da Moldovanın “Zimbru”, fevralın 2-də Bolqarıstanın “Etır” klubları ilə üz-üzə gələcək. Azərbaycan komandası Vətənə fevralın 4-də dönəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996
avatar

Oxşar yazılar