“Turan” “Dalğa Arena”dan çıxarıldı
01 mart 2013 15:57 (UTC +04:00)

“Turan” “Dalğa Arena”dan çıxarıldı

Futbol üzrə Topaz Premyer Liqasında XXII turun “Turan” – “Neftçi” matçının keçirilmə yeri və vaxtı dəyişdirilib. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş martın 3-də paytaxtın Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadionda baş tutacaq.

 

Oyun saat 15:00-da başlanacaq.

 

Qeyd edək ki, daha öncə “Turan” – “Neftçi” matçının Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcəyi açıqlanmışdı. Oyun 3 mart saat 18:00-a təyin olunmuşdu. Lakin həmin gün saat 14:00-da “Dalğa Arena”da “Kəpəz” – “Simurq” qarşılaşması da oynanılmalıdır. Bu səbəbdən, “Turan” – “Neftçi” matçının yeri və saatı dəyişdirilib. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda əvvəllər “Neftçi” ev oyunlarını keçirib. “Turan” isə Tovuz şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar rəqiblərini Bakıda qəbul edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978
avatar

Oxşar yazılar