“Trabzonspor”un futbolçuları bir-biri ilə dalaşdı
16 mart 2013 10:55 (UTC +04:00)

“Trabzonspor”un futbolçuları bir-biri ilə dalaşdı

Türkiyənin “Trabzonspor” klubunun futbolçuları Qustavo Kolman və Mustafa Yumlu oyun vaxtı dalaşıblar. Lent.az-ın məlumatına görə, insident “Bursaspor”la Türkiyə çempionatının 26-cı tur matçından sonra qeydə alınıb.

 

Argentinalı legioner uzatma dəqiqələrində rəqib komandadakı həmyerlisi Pablo Martin Batallaya qarşı sərt oynadığı üçün sarı vərəqə alıb. O, final fitinin ardından Batalla ilə mübahisəsini davam etdirib. Kolmanı Yumlu sakitləşdirmək istəyib. Lakin amerikalı legioner bu hərəkətə qəzəblənərək, komanda yoldaşına şillə atıb. Yumlu isə gözləmədiyi davranışa Kolmanı itələməklə cavab verib. Onları digər futbolçular ayırıblar.

 

Qeyd edək ki, oyun meydan sahibi “Bursaspor”un qələbəsi ilə yekunlaşıb – 3:2. Bu nəticədən sonra “Bursaspor” 40 xalla 4-cü, “Trabzonspor” isə 31 xalla 11-ci pillədə qalıb.

# 881
avatar

Oxşar yazılar