“Trabzonspor” futbol klubu “Liverpul"un müdafiəçisi Kolo Ture ilə razılığa gəlib. Lent.az-ın xəbərinə görə, bu barədə yerli “Fanatik” qəzeti xəbər yayıb. “Liverpul”a 2 milyon avro ödəyən qaradənizlilər Fil Dişi Sahili yığmasının oyunçusuna illik 2 milyon avro maaş verəcək. Müqavilə 2 illik nəzərdə tutulub.
Hər hansı bir problem çıxmayacağı təqdirdə Kolo Turenin gələn həftənin əvvəlində Türkiyədə olması gözlənilir.
Əlcəzair yığması ilə Braziliyada keçirilən dünya çempionatında uğur qazanan Vahid Həlilodziçin “Trabzonspor”-un başına keçməsindən sonra “Benfika”-dan Oskar Kardozo, “Milan”-dan Kevin Konstant, əlcəzairli Belkalem və Medcani tranfer edilib.