“Şuşa”  “Qarabağ”ın imtina etdiyi Quzanlı stadionunda!
21 fevral 2013 18:47 (UTC +04:00)

“Şuşa” “Qarabağ”ın imtina etdiyi Quzanlı stadionunda!

 

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparan “Şuşa” klubu mövsümün ikinci yarısından ev oyunlarını Ağdamda keçirəcək. Lent.az-ın məlumatına görə, Peşəkar Futbol Liqası “qaçqın komanda”nın XIV turda “Qaradağ Lökbatan”ı Quzanlı Olimpiya Kompleksinin stadionunda qəbul etməsinə icazə verib.

 

Fevralın 24-də keçiriləcək qarşılaşma saat 15:00-da başlanacaq. Hazırda “Şuşa” 12 oyundan 13 xalla 13 komanda arasında 8-ci pillədə qərarlaşıb. 32 xala malik “Qaradağ Lökbatan” isə çempionatın lideridir.

 

“Şuşa”nın baş məşqçisi Nadir Qasımov Lent.az-a açıqlamasında mövsümün sonunadək ev oyunlarını Quzanlıda keçirəcəklərini bildirib. O, “Qaradağ Lökbatan”la qarşılaşmaya Bakıdakı “Şəfa” stadionunda hazırlaşdıqlarını, matça isə bir gün öncədən yollanacaqlarını bildirib. Baş məşqçi komandanın birdəfəlik Ağdamda məskunlaşmalarının əslən Şuşadan olan yeni sponsorun qərarından asılı olduğunu bildirib. Qasımovun sözlərinə görə, artıq Quzanlı Olimpiya Kompleksinin stadionunda oyuna hazırlıq gedir.

 

Qeyd edək ki, ötən 2 mövsüm ərzində Quzanlı Olimpiya Kompleksinin stadionundan Ağdamın “Qarabağ” komandası yararlanıb. Lakin yeni mövsüm öncəsi klub rəhbərliyi həmin arenadan imtina edib və ev oyunlarını Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyə başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1223
avatar

Oxşar yazılar