“Simurq”un azarkeşə təpik atan baş məşqçisinə sərt cəza
30 aprel 2013 13:30 (UTC +04:00)

“Simurq”un azarkeşə təpik atan baş məşqçisinə sərt cəza

AFFA İntizam Komitə Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Georgi Çixradzeni sərt cəzalandırıb. Lent.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis 10 oyunluq diskvalifikasiyaya məruz qalıb.

 

O, Topaz Premyer Liqasının XXVIII turunda “Bakı” ilə matçda azarkeşi təhqir etdiyi və ona zərbə endirdiyi üçün cəzalanıb, klubunu isə 6000 manat ziyana salıb. “Simurq” daha 1000 manat cəriməni 4 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəyəcək.

 

Digər cəzalara gəldikdə, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Bakı” ilə cavab görüşündə “Xəzər Lənkəran” 6 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat ziyana düşüb. 35 və 62-ci dəqiqələrdə isə “Xəzər Lənkəran” azarkeşləri meydançaya kənar əşya ataraq, klubun daha 2000 manat cərimələnməsinə səbəb olublar. Oyun başa çatdıqdan sonra isə təhlükəsizlik təmin olunmayıb. Meydançaya azarkeşlərin daxil olması “Xəzər Lənkəran”a daha 5000 manat cərimə bahasına başa gəlib.

 

Daha bir cavab görüşündə - “Qarabağ” – “Neftçi” matçının 1-ci dəqiqəsində hər iki klubun azarkeşləri pirotexniki vasitələrdən yararlanıblar ki, bu da onların hərəyə 1000 manat cərimələnməsinə səbəb olub.

 

Topaz Premyer Liqasının XXVIII turunda “Sumqayıt”la oyun zamanı “Kəpəz” 6 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat cərimə olunub. “Qarabağ”la matçın 21-ci dəqiqəsində isə “Qəbələ”nin azarkeşləri meydançaya kənar əşya atıblar. Nəticədə klub 2000 manat ziyana düşüb.

 

“Neftçi” ilə matçda “İnter” 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat cərimələnib. 69-cu dəqiqədə “İnter”in futbolçusu İbrahim Niassen kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. AZAL-la matçda “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. 45-ci dəqiqədə “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimələnib.

 

# 636
avatar

Oxşar yazılar