Zaqatalanın "Simurq" klubu futbolçu Tomislav Buşiçlə münasibətlərini rəsmiləşdirib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı hücumçu ilə mövsümün sonunadək müqavilə bağlanılıb.
27 yaşlı forvard 12 nömrəli forma ilə çıxış edəcək. Buşiç “Simurq”un Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısında baxışa gəlib. O, yoxlama matçlarının 3-də çıxış edib və Rusiya “Tom”u ilə qarşılaşmada bərabərlik qolunun müəllifi olub.
Qeyd edək ki, Tomislav Buşiç peşəkar futbolçu karyerasına 2004-cü ildə ölkəsində başlayıb. 2007-ci ilə qədər “Hayduk”da top qovduqdan sonra ilk legioner həyatını yaşayıb. 21 yaşında Ukraynanın “Dinamo” (Kiyev) komandasına icarəyə verilsə də, heyətdə özünə yer edə bilməyib və İsrail “Makkabi”sinə olunub. Orada da bir il legioner həyatı yaşadıqdan sonra Xorvatiyaya qayıdıb və “Slaven Belupo” ilə razılığa gəlib. 2010-cu ildən bu komandada forma geyinən Buşiç ölkəsinin ən köklü klubunun heyətində bir çox uğurlara imza atıb. Cari mövsüm “Slaven Belupo”nun heyətində 4 qarşılaşmada meydana çıxıb və 2 qol vurub.