“Simurq” – “Bakı” matçına aparıcı bukmeyker kontorları pul qoyuluşunu dayandırıb
22 fevral 2013 16:48 (UTC +04:00)

“Simurq” – “Bakı” matçına aparıcı bukmeyker kontorları pul qoyuluşunu dayandırıb

Futbol üzrə Topaz Premyer Liqasında XXI turun “Simurq” – “Bakı” matçına bukmeyker kontorlarında pul qoyuluşu dayandırılıb. Lent.az-ın məlumatına görə, dünyanın bütün aparıcı kontorlarında nə canlı, nə də əvvəlcədən pul qoyuluşunun mümkün olduğu oyunlar siyahısında bu qarşılaşma yer almayıb.

 

Hətta Azərbaycan Premyer Liqasının titul sponsoru olan Topaz da Zaqatalada keçiriləcək görüşü müvafiq siyahıdan çıxarıb. Yalnız o qədər də tanınmayan “betcityru.com”da “Simurq” – “Bakı” matçına rast gəlmək olar. Həmin saytın əmsalları belədir:

 

“Simurq”un qələbəsi (1) – 6,84

Heç-heçə (X) - 4,60

“Bakı”nın qələbəsi (2) – 1,36

“Simurq”un qələbəsi və ya heç-heçə (1X) - 2,89

“Simurq”un və ya “Bakı”nın qələbəsi (12) – 1,16

“Bakı”nın qələbəsi və ya heç-heçə (X2) – 1,07

Qol sayı - üst (3 və ya daha çox) – 2,07

Qol sayı - alt – 1,67

 

Bu əmsallardan məlum olur ki, oyunun heç-heçə və ya “Bakı”nın qələbəsi ilə başa çatma ehtimalı daha çoxdur. Həm də matçda maksimum 2 qol vurulacaq.

 

Qeyd edək ki, 20 turdan sonra “Simurq” 34 xalla 4-cü, “Bakı” 26 xalla 7-ci pillədə qərarlaşıb. Görüş saat 17:00-da başlanacaq. Matç televiziya ilə canlı yayımlanmayacaq. “Bakı” qələbə qazansa, 6-cı pilləyə yüksələcək.

# 765
avatar

Oxşar yazılar