“Sent-Etyen”in baş məşqçisindən tərbiyəsizlik
28 noyabr 2014 10:59 (UTC +04:00)

“Sent-Etyen”in baş məşqçisindən tərbiyəsizlik

Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən "Sent-Etyen" - "Qarabağ" matçında xoşagəlməz hadisə yaşanıb. Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye matçın ikinci hissəsində yerdə qalan "Qarabağ"ın hücumçusu Vüqar Nadirova tüpürüb. 8 yaşlı mütəxəssis hətta texniki zonanı tərk edərək yan xəttin üzərinə qədər gəlib. V.Nadirov da Qaltyenin bu hərəkətinə öz etirazını bildirib.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan oyunda "Qarabağ"ın yeganə qolunu məhz Vüqar Nadirov vurub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2132
avatar

Oxşar yazılar