Futbol üzrə Azərbaycan I Divizionunda XX tura start verilib. Apasport.az saytının məlumatına görə, bu gün keçirlən 3 oyunun ikisində ev sahibləri, birində qonaqlar qələbəni bayram ediblər.
Yarışın liderlərindən olan “Ağsu” növbəti darmadağını ilə diqqət mərkəzinə düşüb. Əyalət təmsilçisi “Şəmkir”in qapısından 5 cavabsız qol keçiriblər.
“Energetik” - “Göyəzən” - 4:2
Qollar: Real Məmmədov, 61; 66; 82; Samir Əliyev, 90+2 - Anar Hümbətov, 70; 74
MOİK - “Şahdağ” – 0:2
Qollar: Timur İsrafilov, 4; Yusif Yusifzadə, 61
“Ağsu” - “Şəmkir” – 5:0
Qollar: Qalib Əmrahov, 15; 49; Nicat Tağıyev, 55; 58; Ravi Rəhmanov, 78