“Şəfa” stadionu beynəlxalq oyunlara hazırdır
15 aprel 2014 15:23 (UTC +04:00)

“Şəfa” stadionu beynəlxalq oyunlara hazırdır

"Şəfa" İdman-Sağlamlıq Mərkəzində aparılan rekonstruksiya işlərindən sonra stadionda beynəlxalq səviyyəli oyunların keçirilməsi üçün zəruri infrastruktur yaradılıb. Lent.az-ın stadionun sahibi olan “İnter” klubunun rəsmi saytına istinadən məlumatına görə, Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov və 5-ci Köndələn küçələrinin kəsişməsində, “Şəfa” stadionunun qarşısında avtomobil tuneli və yeraltı piyada keçidi inşa olunub.

 

Stadionun qarşısında 100-dək avtomobil üçün dayanacaq yeri də var. “İnter” Avropa kuboklarında iştirak edəcəyi təqdirdə, əsas stadion kimi “Şəfa”nı, ehtiyat stadion qismində isə “Bayıl Arena”nı göstərib. Amma meydançasının süni örtüyünün standartlara uyğun olmaması və “Şəfa”nın qarşısındakı tikinti işləri ilə əlaqədar “İnter” uzun müddət Avropa kuboklarındakı rəqiblərini digər stadionlarda qəbul edib. 

 

Qeyd edək ki, FİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyası beynəlxalq oyunları keçirməyə imkan verən sertifikatı “Şəfa” stadionuna təqdim edib. 2012-ci ildə Bakıda keçirilmiş 17 yaşadək qızlar arasında dünya çempionatının iki matçı məhz bu arenada baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737
avatar

Oxşar yazılar