“Şaxtyor” 8 qat Ukrayna çempionu oldu
29 aprel 2013 12:02 (UTC +04:00)

“Şaxtyor” 8 qat Ukrayna çempionu oldu

“Şaxtyor” futbol klubu tarixində 8-ci dəfə Ukrayna çempionu adını qazanıb. Lent.az-ın məlumatına görə, baş məşqçi Mirça Luçeskunun komandası növbəti qızıl medalı sona 4 tur qalmış təmin edib.

 

“Metallist”lə qarşılaşmada 1:1 hesablı heç-heçəyə nail olan “Şaxtyor” ən yaxın izləyicisi Kiyev “Dinamo”sunu 15 xal geridə qoyub. “Dnepr”i 2:0 hesabı ilə məğlub etməsi də “Dinamo”nun qızıl medal ümidlərinə yardımçı olmayıb.

 

Qeyd edək ki, “Şaxtyor” ardıcıl 4-cü mövsüm Ukrayna çempionluğuna nail olub. 8 çempionluqdan 7-si isə Mirça Luçeskunun 2004-cü ildən start götürən baş məşqçiliyi dövrünə təsadüf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665
avatar

Oxşar yazılar