“Rubin”ə sərt cəza
21 dekabr 2012 10:20 (UTC +04:00)

“Rubin”ə sərt cəza

 

 Lent.az-ın məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının (RFİ) mübahisələrin həlli üzrə palatası qərar çıxarıb.

 

“Rubin” həm də 100 min rubl cərimələnib. Cəza 2013-cü il yanvarın 27-dən fevralın 27-dək müddəti əhatə edir. Belə sərt qərara klubun hazırda Çexiya “Viktoriya”sında çıxış edən sabiq hücumçusu Roman Adamova borclu qalması səbəb olub. Adamovun transfer hüququ 2008-2012-ci illərdə “Rubin”ə məxsus olub.

 

Qərara əsasən, Kazan klubu 30 gün ərzində sabiq futbolçusuna borcunu ödəməlidir. Borcun məbləği açıqlanmır. 

# 788
avatar

Oxşar yazılar