“Rəvan”da ilk legioner
25 yanvar 2013 16:13 (UTC +04:00)

“Rəvan”da ilk legioner

Bakının “Rəvan” klubu qış transfer dövründə ilk əcnəbi futbolçu keçidini həyata keçirib. Lent.az-ın məlumatına görə, paytaxt təmsilçisi serbiyalı dayaq yarımmüdafiəçisi Miloş Adamoviçlə 1,5 illik müqavilə bağlayıb.

 

Adamoviçin son klubu Qazaxıstan “Sunkar”ı olub. O, “Qaradağ Lökbatan”la yoxlama matçında bəyənilib. Serbiya OFK-sının yetirməsi olan 25 yaşlı orta xətt oyunçusu həmin ölkənin “Palilulats”, “Dinamo” (Vranye), Moldovanın “Şerif”, Polşanın “Poloniya” və Qazaxıstanın “Taraz” komandalarının da şərəfini qoruyub. 2 il öncə Adamoviç “Şerif”in heyətində Avropa Liqasının qrup mərhələsi qarşılaşmalarına çıxıb. 

 

Qeyd edək ki, daha öncə “Rəvan” 3 yerli futbolçu Emin Mustafayev, Ramil Həşimzadə və Nodar Məmmədovla da anlaşıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626
avatar

Oxşar yazılar