“Real Madrid”in oyunçusunun evində partlayış
26 mart 2014 12:25 (UTC +04:00)

“Real Madrid”in oyunçusunun evində partlayış

“Real Madrid” futbol klubunun oyunçusu Xese Rodriqes ölümdən dönüb.


 

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 finalında “Şalke”yə qarşı cavab oyununda zədələnərək mövsümün sonuna kimi sıradan çıxan futbolçunun evində partlayış olub.

 

Partlayış futbolçunun evinin qarajında baş verib. Qarajda işləyən 3 işçidən ikisi zəhərlənərək xəstəxanaya aparılıb. Daha bir işçinin bədəninin 15 faizi yanıb. Hadisə zamanı Xosenin evdə olmaması onun həyatını xilas edib.

 

Xose Rodriqes bu mövsüm “Real”ın heyətində keçirdiyi 31 oyunda 8 qol vurub, 6 məhsuldar ötürmə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906

Oxşar yazılar