“Real Madrid”in “sarı vərəqə” ləri
05 aprel 2013 16:52 (UTC +04:00)

“Real Madrid”in “sarı vərəqə” ləri

Ronaldunun Azərbaycana qarşı bilərəkdən oynamadığı təsdiqlənir

 

İspaniyanın “Real Madrid” klubunun futbolçuları  yeni üsul tapıblar. Lent.az-ın “ESPN”ə istinadən verdiyi məlumata görə, baş məşqçi Joze Mourinyo komandanın aparıcı üzvlərinə əhəmiyyətsiz oyun öncəsi qəsdən sarı vərəqə almalarını tapşırıb.

 

Növbəti belə tapşırığın Serxio Ramos və Xabi Alonsoya verildiyi güman olunur. Hər iki oyunçu Türkiyə “Qalatasaray”ı ilə ilk ¼ final matçında cəzalandırılıb. Madriddə keçirilmiş görüşdə meydan sahibləri qalib gəlib – 3:0. Aprelin 9-da İstanbulda olacaq cavab oyununda hər iki futbolçu iştirak etməyəcək. Alonso 84-cü dəqiqədə hakimlə mübahisə etdiyi, Ramos isə 90-cı dəqiqədə referinin fitindən sonra topu tulladığı üçün sarı vərəqə alıb. Onlar cari mövsümdə ikinci dəfə xəbərdarlıq aldıqlarından, növbəti oyuna çıxmayacaqlar.

 

Artıq UEFA məhz Ramosla Alonsoya 3 il öncə eyni cəzanı kəsib. Həmin vaxt qrup mərhələsinin son turu öncəsi onlar “Ayaks”la qarşılaşmada qırmızı vərəqə alıblar. UEFA onların əməlinə sərt reaksiya verib. Futbol qurumu onların məhz Mourinyonun göstərişi əsasında qəsdən cəza aldıqları qənaətinə gəlib. Nəticədə UEFA oyunçuları və baş məşqçini 2 matçlıq diskvalifikasiya edib, bir neçə şəxsi isə cərimələyib.

 

“Real Madrid”in ulduzu Kriştianu Ronaldu isə “təmizlənmə” üsulundan Portuqaliya milli komandasının heyətində yararlanıb. O, İsraillə dünya çempionatının seçmə qrup matçında topa hakimin qərarından sonra zərbə endirdiyi üçün sarı vərəqə alıb. Bu, seçmə tsikldə ikinci xəbərdarlıq olduğundan, Ronaldu Azərbaycan yığması ilə 26 mart qarşılaşmasında oynamayıb. Əvəzində o, iyunun 7-də Rusiya ilə qrup liderliyi uğrunda görüşdə çıxış edə biləcək. Ronaldu eyni zamanda aprelin 3-də Türkiyə “Qalatasaray”ı ilə Çempionlar Liqasının ilk ¼ final matçına zədəsiz çıxıb.

# 940
avatar

Oxşar yazılar

PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57
Ronaldo “Kruzeyro” klubunu  satdı

Ronaldo “Kruzeyro” klubunu satdı

30 aprel 2024 , 19:28