“Real”dan gedəcək futbolçular - SİYAHI
03 may 2013 13:03 (UTC +04:00)

“Real”dan gedəcək futbolçular - SİYAHI

İspaniyanın “Real” klubu yayda yollarını ayırmağa hazırlaşdığı futbolçuları açıqlayıb. Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, siyahıya 6 oyunçu daxil edilib.

 

Bunlar qapıçı Antonio Adan, müdafiəçilər Fabio Koentrao və Pepe, yarımmüdafiəçilər Anxel Di Mariya və Kaka, eləcə də hücumçu Qonsalo İquaindir. Adana 2, Koentraoya 18, Pepeyə 20, Di Mariyaya 25, Kakaya 10, İquainə 30 milyon avro qiymət qoyulub. Beləliklə, “kral klubu” bu futbolçuların satışından üst-üstə 105 milyon avro qazanmaq niyyətindədir.

 

Qeyd edək ki, “Real” bu mövsüm Çempionlar Liqasında yarımfinal mərhələsinədək irəliləyə bilib. İspaniya çempionatında “Barselona”nın çempion olacağı şübhə doğurmur. İndi “kral klubu” titul ümidini yalnız ölkə kubokuna bağlayıb.

# 1828
avatar

Oxşar yazılar