“Real”dan daha bir transfer
23 yanvar 2015 11:07 (UTC +04:00)

“Real”dan daha bir transfer

0

“Real” heyətinə daha bir futbolçunu qatmağa çox yaxındı. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Braziliya “Kruzeyro”sunun yarımmüdafiəçisi Lukas Silvanı transfer edir.

 

“Sambaçılar”ın vitse-prezidenti Markio Rodriqes bildirib ki, 21 yaşlı oyunçunun keçidi üçün “Kral klubu” ilə müqavilə artıq rəsmiləşib. Bu haqda tezliklə rəsmi açıqlama da veriləcək.

 

Silva “Real”la 6 illik “nigan” bağlamasına görə, madridlilər onun komandasına 15 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, ötən “Real” 16 yaşlı norveçli futbolçu Martin Edeqorla müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar