“Real Madrid”in yarımmüdafiəçisi Xames Rodriqes kral klubu barədə fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu “Real”ı unikal klub adlandirib.
Rodriqes ulduz oyunçularla bir yerdə oynamağın başqa hiss olduğunu qeyd edib: “Ümid edirəm ki, tədricən komandaya öyrəşəcəyəm və daha yaxşı oynayacağam. “Real”la bir yerdə Çempionlar Liqasında qalib gəlmək əla olardı. Qələbəyə köklənmiş klubda oynamaq xüsusi hissdir. “Real” başqa planetin komandasıdır”.