“Rabitə” yenə çempion oldu
17 aprel 2013 18:52 (UTC +04:00)

“Rabitə” yenə çempion oldu

“Rabitə” ardıcıl 6-cı dəfə Azərbaycan çempionu olub. Apasport.az saytının məlumatına görə, italiyalı Marçello Abbondanzanın baş məşqçilik etdiyi komanda Super Liqanın qalibi olmağını yarışın sonuna 3 tur qalmış rəsmiləşdirib.

Bakılılar buna çempionatın XXV turun “İqtisadçı” ilə oyununda nail olub. Hələ davam edən görüşdə artıq 2:1 hesabı ilə öndə olan “Rabitə” özü üçün ən azı 1 xalı təmin edib. Bu 1 xal isə komandaya 6-cı, italiyalı mütəxəssisə isə ilk dəfə Azərbaycan çempionluğunu gətirib.

Belə ki, “Rabitə”dən əvvəl meydana çıxıb qələbə qazanmaqla liderlə xal fərqini 9-a endirən “Azərreyl” üçün çempionluq əlçatmaz olub. Çünki 2 set udmaqla, 1 xalı təmin edən Abondanzanın yetirmələri fərqi artıq 10-a qaldırıb. Həm bu oyunda, həm də qarşıdakı 3 turda məğlub olacağı halda belə “Rabitə” ölkənin ən güclüsü olacaq. Bununla da, çempionluq sayında Azərbaycan rekordçusu olan “Rabitə” öz göstəricisi daha da yaxşılaşdırıb.

Qeyd edək ki, “Rabitə” bu mövsüm həmçinin klublararası dünya çempionatının və Çempionlar Liqasının finalçısı olub.

# 545
avatar

Oxşar yazılar