“Rabitə” Kazanı qaynamağa qoymadı
08 fevral 2013 10:50 (UTC +04:00)

“Rabitə” Kazanı qaynamağa qoymadı

Voleybolçu qadınlardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının 1/6 final mərhələsində ilk matçını qələbə ilə başa vurub. Lent.az-ın məlumatına görə, baş məşqçi Marçello Abbondantsanın komandası Rusiyanın Kazan şəhərində “Dinamo”nu məğlub edib – 3:1.

 

İlk setdən 25:19 hesablı üstünlüklə ayrılan “Rabitə” növbəti setdə son cüzi fərqlə uduzub – 23:25. Lakin sonrakı setlərdə təmsilçimiz 25:20 və 25:21 hesablı üstünlüklərlə yekun nəticəni müəyyənləşdirib. Bununla da komandamız fevralın 14-də Bakıda keçiriləcək cavab görüşü üçün böyük üstünlük əldə edib. Növbəti qarşılaşmada istənilən hesablı qələbə təqdirində, “Rabitə” “4-lər finalı”na vəsiqə qazanacaq.

 

Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi “Azərreyl” 1/6 final mərhələsinin ilk görüşündə İtaliyada “Yamamay”a uduzub. Cavab görüşü fevralın 13-də olacaq. Daha bir qarşılaşmada isə Türkiyənin “Vakıfbank” və “Eczacıbaşı” komandaları üz-üzə gəlib. Oyun “Vakıfbank”ın qələbəsi ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702
avatar

Oxşar yazılar