“Qəbələ”nin bütün rəqibləri bəlli oldu
04 iyun 2017 20:22 (UTC +04:00)

“Qəbələ”nin bütün rəqibləri bəlli oldu

“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, iyunun 3-də Bakıda bir araya gələn komanda hazırlıq prosesinə yerli oyunçularla başlayıb.

 

Toplanışın ilk gününü fitnes zalında çalışmalarla keçirən “qırmızı-qaralar” ayın 6-dək paytaxtda məşq edəcək. “Qəbələ” iyunun 7-də təlim-məşq toplanışı keçirmək üçün Avstriyaya yola düşəcək.

 

Təmsilçimiz ayın 23-dək Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşacaq. “Stubaierhof” otelində qalacaq “qırmızı-qaralar” 4 yoxlama oyunu keçirəcək.

 

İyunun 12-də Roman Qriqorçukun yetirmələri Avstriyanın regional liqasında çıxış edən yerli “Fulpmes”lə üz-üzə gələcək.

 

Üç gün sonra Rusiyanın “Terek” komandası ilə görüşəcək “Qəbələ” son iki matçında Bolqarıstan təmsilçiləri ilə qarşılaşacaq. Ayın 19-da Plovdivin “Botev” klubu, 22-də isə bu ölkənin çempionu “Ludoqorets” komandanın rəqibi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar