“Qəbələ”nin baş məşqçisi qovuldu
02 aprel 2013 15:37 (UTC +04:00)

“Qəbələ”nin baş məşqçisi qovuldu

“Qəbələ” rəhbərliyi baş məşqçi Ramiz Məmmədovu istefaya göndərib. Bu barədə apasport.az saytına komandadan məlumat verilib.

İstefaya səbəb komandanın ölkə kubokunda mübarizəni erkən dayandırması və son vaxtlar Topaz Premyer Liqada zəif çıxış etməsidir. Klub rəhbərliyi Məmmədovdan başqa, onun köməkçilərini də istefaya göndərib. Belə ki, Badri Kvaratsxeliya, Mehman Baxışov, Kənan Kərimov və Sənan Qurbanovla da yollar ayrılıb.

Məmmədovun yerinə isə komandaya müvəqqəti olaraq “Qəbələ”nin əvəzedici heyətinin baş məşqçisi ispaniyalı Luis Araqon gətirilib.

Çox güman komandanın “sükanı arxası”na rusiyalı mütəxəssis Sergey Yuran gətiriləcək. Hər halda, Yuranın son günlər Rusiya mətbuatına ölkəmizdən təklif aldığını deməsi, üstəlik, "Qəbələ"nin də "Simurq" kimi şimal klubu olması belə deməyə əsas verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 924
avatar

Oxşar yazılar