![“Qəbələ” qalib gəlib, “Neftçi” xal itirib - VİDEO](https://lent.az/storage/news/2019/april/14/big/1e42ae234093495dac0b4807cb6e58e0.jpg)
“Qəbələ” qalib gəlib, “Neftçi” xal itirib - VİDEO
Topaz Premyer Liqasında XXIV tura yekun vurulub.
ONA-nın məlumatına görə, turun sonuncu oyun günündə 2 qarşılaşma keçirilib.
“ASK Arena”da “Keşlə” “Qəbələ”ni qəbul edib. Üç topun vurulduğu görüşdəki bütün qollar ikinci hissədə qeydə alınıb. Matç meydan sahiblərinin üstünlüyü ilə keçsə də, qonaqlar qalib gəlib.
İlk “üçlük”də qərarlaşan “Neftçi” və “Səbail” sonuncuların meydanında görüşüb. Bu qarşılaşmada da bütün toplar ikinci hissədə vurulub. 50-ci dəqiqədə meydan sahiblərinin qapısına yol tapan Mirabdulla Abbasovun qolu “ağ-qaralar”ı önə çıxarıb. Lakin “Səbail” iki qola imza ataraq oyunda dönüş yaratmağa müvəffəq olub. “Neftçi” yalnız son saniyələrdə məğlubiyyətdən qaçıb. Bu nəticə “Qarabağ”ın turu vahid lider kimi başa vurmasına şərait yaradıb.
Qeyd edək ki, turun ilk günündə “Qarabağ” “Sabah”ı 3:0, “Zirə” “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.
Topaz Premyer Liqası
XXIV tur
14 aprel (bazar)
“Keşlə” – “Qəbələ” – 1:2
Qollar: Con Kamara, 76 // Ceyms Adeniyi, 46; Davit Volkov, 65
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASK Arena”, 15:00
“Səbail” – “Neftçi” – 2:2
Qollar: Ədilxan Qaraəhmədov, 80, Ağabala Ramazanov, 85 // Mirabdulla Abbasov, 50, Mamadu Mbodj, 90+6
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Kamal Umudlu
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nihad Məmmədov
“Bayıl Arena”, 18:00
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO](https://lent.az/storage/news/2024/july/27/big/66a425db1a1a766a425db1a1a8172203362666a425db1a1a366a425db1a1a5.jpg)
Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO
27 iyul 2024 , 02:41Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO
26 iyul 2024 , 21:58![Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir](https://lent.az/storage/news/2024/july/26/big/66a3e1d5863ff66a3e1d586400172201621366a3e1d5863f966a3e1d5863fc.jpg)
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir
26 iyul 2024 , 21:50![Paris Olimpiada Oyunları başlamamış iranlı idmançı qovuldu](https://lent.az/storage/news/2024/july/26/big/66a3a3f3c97d766a3a3f3c97d8172200037166a3a3f3c97d266a3a3f3c97d4.jpg)
Paris Olimpiada Oyunları başlamamış iranlı idmançı qovuldu
26 iyul 2024 , 19:07![Ronaldo ailəsi ilə tətildə](https://lent.az/storage/news/2024/july/26/big/66a383fd5fc4666a383fd5fc64172199218966a383fd5fc4066a383fd5fc43.jpg)
Ronaldo ailəsi ilə tətildə
26 iyul 2024 , 18:02![Ərəblər "Barselona"nın bu hücumçusunu alır](https://lent.az/storage/news/2024/july/26/big/66a37262ece7366a37262ece74172198768266a37262ece7066a37262ece72.jpg)
Ərəblər "Barselona"nın bu hücumçusunu alır
26 iyul 2024 , 15:26!["Barselona"nın kapitanı o olacaq](https://lent.az/storage/news/2024/july/26/big/66a333072664a66a333072664b172197146366a333072664766a3330726648.jpg)
"Barselona"nın kapitanı o olacaq
26 iyul 2024 , 09:48![12 yaşlı qızı zorlamaqda təqsirli bilinir: Olimpiadaya getdi](https://lent.az/storage/news/2024/july/25/big/66a23d1140c5d66a23d1140c5e172190849766a23d1140c5766a23d1140c5a.jpg)