“Qəbələ” Hollandiyaya gedir
20 aprel 2013 05:51 (UTC +04:00)

“Qəbələ” Hollandiyaya gedir

0

“Qəbələ” Futbol Akademiyası nəzdində fəaliyyət göstərən 15 yaşlılardan ibarət komanda aprelin 21-də Hollandiyaya uçacaq. Lent.az-ın məlumatına görə, məşqçi Hüseynqulu Quliyevin rəhbərlik etdiyi komanda 3 yoxlama oyunu keçirəcək.

 

Akademiyanın yeni direktoru Stenli Brard da komanda ilə birgə səfərə çıxacaq. Brard “Feyenord” akademiyasının da direktorudur və o, “Qəbələ”dəki işinə iyulun 1-dən tam köklənəcək. Təcrübəli mütəxəssis mayın sonlarında Hollandiya klubunu Beynəlxalq “Qəbələ” Kubokuna gətirəcək.

 

Qeyd edək ki, hələlik rəqiblərin adları dəqiqləşməyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 761

Oxşar yazılar