“Qəbələ” futbol komandası mövsümün ikinci yarısının hazırlıqlarına yanvarın 8-də start verəcək. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təlim-məşq prosesinin ilkin mərhələsi Mingəçevirdə baş tutacaq.
Yanvarın 18-dək davam edəcək hazırlıq müddətində komanda “River Side” otelində məskunlaşacaq. Yanvarın 20-də isə “Qəbələ” Türkiyənin Antalya şəhərinə yola düşəcək. Fevralın 3-dək davam edəcək toplanışda “qara-qırmızılar” 4 yoldaşlıq oyunu keçirəcək.
Qarşılaşmalar yanvarın 22-i, 25-i, 28-i və fevralın 1-i baş tutacaq. Komanda toplanış müddətində Antalyanın Belek bölgəsində yerləşən “Gloria Serenity” otelində məskunlaşacaq.