“Qəbələ” – “Maynts” görüşünün hakimləri açıqlandı
26 sentyabr 2016 12:56 (UTC +04:00)

“Qəbələ” – “Maynts” görüşünün hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qəbələ” – “Maynts” oyununun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA bu qarşılaşmanı litvalı hakimlər briqadasına həvalə edib.

 

Oyunun baş hakimi Gediminas Mazeyka olacaq. Ona  Vyautas Şimkus və Vytenis Kazlauskas kömək edəcəklər. 4-cü hakim funksiyasını Vladimir Gerasimov yerinə yetirəcək. Görüşün əlavə köməkçi hakimləri Sergeyus Sliva və Yuri Paskovski olacaq.

 

Hakim-inspektor kimi Bakıya gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi kimi isə hollandiyalı Eugene Vesterink gələcək.

 

Qeyd edək ki, "Qəbələ" - "Maynts" qarşılaşması sentyabrın 29-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180

Oxşar yazılar