“Qəbələ” - “Kəpəz” oyunu yarımçıq dayandırıldı
31 oktyabr 2015 20:07 (UTC +04:00)

“Qəbələ” - “Kəpəz” oyunu yarımçıq dayandırıldı

0

Topaz Premyer Liqasının XI turunun “Qəbələ” - “Kəpəz” oyunu yarımçıq dayandırılıb. Apasport.az saytının məlumatına görə, buna hava şəraiti səbəb olub.

 

Belə ki, Qəbələ şəhər stadionunda güclü dumanın olması səbəbindən hakimlər matçı dayandırmaq məcburiyyətində qalıb.

 

Görüşün baş hakimi Rəhim Həsənovun və AFFA nümayəndələrinin ortaq qərarına əsasən, qarşılaşma sabah saat 20:00-da qaldığı yerdən - 30-cu dəqiqədən davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar