“Qarabağ”ın oyununun vaxtı bəlli oldu
14 avqust 2015 22:37 (UTC +04:00)

“Qarabağ”ın oyununun vaxtı bəlli oldu

0

UEFA Avropa Liqasının pley-off mərhələsində  keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Yanq Boyz” (İsveçrə) cavab qarşılaşmasının başlama saatı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakıda oynanılacaq qarşılaşma avqustun 27-i saat 21:00-da başlayacaq.

 

Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

 

Qeyd edək ki, sözügedən komandalar arasındakı ilk görüş avqustun 20-i Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 479

Oxşar yazılar