Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan Ağdamın “Qarabağ” komandası Avstriyanın “Zalsburq” klubu ilə ilk oyununu iyulun 30-da keçirəcək. Bu barədə məlumatı apasport.az saytına Ağdam klubunun meneceri Asif Əsgərov verib.
Qarşılaşmanın başlama saatı da bəlli olub. Belə ki, Qurban Qurbanovun komandası Bakı vaxtı ilə saat 20:30-da meydana çıxacaq.
Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.