Zaqatalanın “Simurq” klubu heyətinə yeni futbolçu qatıb. Klubun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hücumçu Bəxtiyar Soltanovla müqavilə imzalanıb.
23 yaşlı hücumçu Ağdam “Qarabağ”ından mövsümün sonunadək icarəyə götürülüb. O, yeni komandası ilə birgə yanvarın 10-da Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına yola düşüb.
Qeyd edək ki, Bəxtiyar Soltanov mövsümün ilk yarısını icarə əsasında Gəncə “Kəpəz”ində keçirib və 2 qol vurub.