"Bu görüşdə bir xal qazanmaq vacib idi. Oyun çox çətin keçdi".
Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bunu "Qarabağ" klubunun hücumçusu Vüqar Nadirov Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə 1:1 bərabərə qaldıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Təcrübəli futbolçu "Qarabağ"a bir xal qazandıran qolu vurduğu üçün çox sevindiyini bildirib: "Səfərdə qazanılan xal komanda üçün önəmli idi. Qol vurduğum üçün çox şadam. "İnter" - "Dnepr" matçının nəticəsini bilirdik. Növbəti mərhələyə yüksəlmək şansımız son oyuna qalıb".