“Qarabağ” və “Qəbələ”nin oyunları məşhur telekanalda
30 sentyabr 2015 00:33 (UTC +04:00)

“Qarabağ” və “Qəbələ”nin oyunları məşhur telekanalda

0

UEFA Avropa Liqasıın qrup mərhələsində çıxış edən iki klubumuzun “Qarabağ” və “Qəbələ”nin ikinci turdakı oyunları Rusiyanın “NTV+” telekompaniyası vasitəsilə canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, bu barədə kanalın rəsmi saytında xəbər yerləşdirilib.

 

Bakı vaxtı ilə saat 22:00-da başlayacaq “Qarabağ” – “Anderlext” qarşılaşmasını “NTV+tennis” telekanalı yayımlayacaq. Matçı həmyerlimiz Elvin Kərimov şərh edəcək.

 

“Krasnodar” – “Qəbələ” matçını isə azarkeşlər Bakı vaxtı ilə saat 00:05-dən etibarən “NTV+futbol1” telekanalı vasitəsilə izləyə biləcəklər. Bu görüşün şərhçisi Aleksandr Şmurnov olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar