“Qarabağ” Moldovaya yollandı
30 iyul 2017 23:13 (UTC +04:00)

“Qarabağ” Moldovaya yollandı

0

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında “Şerif”lə qarşılaşacaq “Qarabağ” artıq Moldovadadır.

 

Apasport.az saytının məlumatına görə, bu gün saat 18:00-da Bakıdan çarter reysi ilə yola düşən komanda təxminən 22:00 radələrində Tiraspol şəhərinə çatıb.

 

Bu gün istirahət edəcək Ağdam təmsilçisi sabah 21:00-da oyunun keçiriləcəyi stadionda son məşqə çıxacaq.

 

Qeyd edək ki, ÇL-in üçüncü təsnifat mərhələsinin “Şerif” – “Qarabağ” oyunu avqustun 1-i keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçı 0:0 hesabı ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar