“Qarabağ” dünyada 47-ci, postsovet məkanında 8-ci pillədə
12 dekabr 2016 19:40 (UTC +04:00)

“Qarabağ” dünyada 47-ci, postsovet məkanında 8-ci pillədə

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) 2016-cı ildə yığma komandalara ən çox futbolçu göndərən dünya klublarının siyahısını açıqlayıb. Apasport.az-ın qurumun saytına istinadən məlumatına görə, 100 komandanın yer aldığı siyahıda Azərbaycan çempionu “Qarabağ” da var.

 

Ağdam təmsilçisi il ərzində yığmalara 12 futbolçu göndərməklə, siyahıda 47-ci yerə layiq görülüb. Həmin 12 oyunçu 56 milli matçda iştirak edib və ümumilikdə 4260 dəqiqə meydanda olub. “Qarabağ” bu baxımdan ilk “yüzlüy”ə düşən “böyük beşlik” ölkələrinin klublarından “Hoffenhaym”, “Vest Hem”, “Norviç”, “Volfsburq”, “Latsio”, “Kristal Pelas”, “Auqsburq”, “Hamburq”, “Şalke”, “Leyptsiq”, “Torino”, “Palermo”, “Monako”, “Malaqa”, “Sevilya”, “Bernli”, “Ayntraxt”, “Köln” və “Selta”nı geridə qoyub.

 

“Qarabağ” postsovet məkanı ölkələrini təmsil edən klublar arasında 8-ci olub. Topaz Premyer Liqasının son qalibi sıralamada Donetsk “Şaxtyor”u (Ukrayna, 24-cü yer), Kiyev “Dinamo”su (Ukrayna, 29), “Krasnodar” (Rusiya, 30), “Zenit” (Rusiya, 32), “Rostov” (Rusiya, 39), MOİK (Rusiya, 42) və BATE-dən (Belarus, 46) geri qalır.

 

Siyahıya İtaliya çempionu “Yuventus” başçılıq edir. Turin təmsilçisinin 21 üzvü 157 milli qarşılaşmada mübarizə aparıb. Bu baxımdan “Tottenhem” 2-ci, “Barselona” isə 3-cü yeri tutub. Maraqlıdı ki, ilk “20-lik”də olan komandalardan 19-u Avropa qitəsini təmsil edir. Tailand klubu “Muanqtonq” bu siyahıda 17-ci pillədə göstərilib.

 

Türkiyənin 3 klubu yığmalara ən çox futbolçu göndərən “100-lüy”ə düşüb. Bunlar İstanbul nəhəngləri “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş”dı. Millilərə 18-ci futbolçu verən “Fənərbaxça” 13-cü (94 oyun, 7011 dəqiqə), “Qalatasaray” 12 oyunçu ilə (54 oyun, 3759 dəqiqə) 59-cu, “Beşiktaş” isə (14 futbolçu: 71 oyun, 3712 dəqiqə)  61-ci yeri tutub.

 

İlk “10-luq” belədi:

1. “Yuventus” (İtaliya) – 21 futbolçu: 157 oyun, 12454 dəqiqə

2. “Tottenhem” (İngiltərə) – 19 futbolçu: 155 oyun, 12009 dəqiqə

3. “Barselona” (İspaniya) – 20 futbolçu: 134 oyun, 10802 dəqiqə

4. “Arsenal” (İngiltərə) – 18 futbolçu: 127 oyun, 10034 dəqiqə

5. “Real” (İspaniya) – 19 futbolçu: 131 oyun, 9989 dəqiqə

6. “Mançester Yunayted” (İngiltərə) – 20 futbolçu: 139 oyun, 9833 dəqiqə

7. “Bavariya” (Almaniya) – 15 futbolçu: 129 oyun, 9750 dəqiqə

8. “Mançester Siti” (İngiltərə) – 18 futbolçu: 117 oyun, 8771 dəqiqə

9. “Çelsi” (İngiltərə) – 18 futbolçu: 109 oyun, 7925 dəqiqə

10. “Sauthempton” (İngiltərə) – 13 futbolçu: 95 oyun, 7565 dəqiqə

 

Qeyd: Sıralama oynama dəqiqəsinə görə müəyyənləşdirilib. “Liverpul” il ərzində yığmalara ən çox (22) futbolçu verməsinə baxmayaraq, dəqiqə sayına görə, 14-cülüklə kifayətlənməli olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272

Oxşar yazılar