“Qarabağ” daha bir transferini təqdim etdi
06 fevral 2013 17:01 (UTC +04:00)

“Qarabağ” daha bir transferini təqdim etdi

“Qarabağ” klubu qış transfer dövründə heyətinə daha bir futbolçu qatıb. Lent.az-ın məlumatına görə, Ağdam təmsilçisi braziliyalı hücumçu Reynaldo Dos Santos Silva ilə 3 illik müqavilə bağlayıb.

 

Qısaca adı Reynaldo olan forvardın hazırda 24 yaşı var. O, 19 yaşında Belçika “Anderlext”inə keçib. “Sambaçı” ötən 2 mövsüm ərzində Belçikanın “Serkl Brügge” və “Vesterlo” komandalarının formasını geyinib. Renaldo “Serkl Brügge”nin bombardiri olub. Forvard mövsümün əvvəllərində “Anderlext” qayıdıb.

 

Reynaldo “Qarabağ”ın rəsmi saytına açıqlamasında Azərbaycan klubunda oynamağa razılıq verməsinin səbəbini açıqlayıb: “Bu klub mənimlə maraqlananda “Qarabağ” haqda məlumat topladım. Komandanın matçlarının video-görüntülərini izləmişəm. Baxımlı, texnikalı futbol oynayırlar. Klubun layihəsi də diqqətimi cəlb etdi. “Qarabağ”ın daim avrokuboklarda oynamaq istəyini, hədəflərini bildikdən və klub funksionerləri ilə danışıqlardan sonra komandanın layihəsinin bir parçasına çevrilməyə razılıq verdim. Artıq Bakıdayam. Klub əməkdaşları məni olduqca isti qarşıladı. Hiss olunur ki, burda tam başqa ab-hava hökm sürür. Bilirəm ki, “Qarabağ”ın cari mövsüm ən böyük hədəfi çempionluqdur. Turnir cədvəlinə baxdıqda bunun əlçatmaz olmadığını görürük. “Qarabağ”da uğur qazanmaq istəyirəm. İnanıram ki, mövsümün sonunda çempionluq sevinci yaşayacağıq”.

 

Qeyd edək ki, “Qarabağ” daha öncə Kristian Torres, Elvin Musazadə və Branimir Subaşiçlə də müqavilə bağlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587
avatar

Oxşar yazılar