“Qarabağ” baş hakimdən UEFA-ya şikayət hazırlayır
12 dekabr 2014 02:35 (UTC +04:00)

“Qarabağ” baş hakimdən UEFA-ya şikayət hazırlayır

0

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”lə qarşılaşan “Qarabağ” UEFA-ya şikayət etməyə hazırlaşır. Bu barədə apasport.az saytına Ağdam təmsilçisinin meneceri Asif Əsgərov məlumat verib.

 

O bildirib ki, qitə futbol qurumuna müraciətə səbəb italiyalılarla görüşün son dəqiqələrində vurduqları təmiz qolun çexiyalı baş hakim Mioslav Zelinka tərəfindən hesaba alınmamsıdı: “UEFA-ya müraciət etməyi planlaşdırırıq. Bu məqsədlə klubun vitse-prezidenti Tahir Gözəl və baş məşqçimiz Qurban Qurbanov mətbuat konfransı keçirəcək”.

 

Əsgərov bildirib ki, mətbuat konfransı bu gün saat 13:00-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 237

Oxşar yazılar