“Qarabağ” asan yem olmayacağını göstərdi” - <span style="color:red;">rəqib futbolçu
23 sentyabr 2015 16:54 (UTC +04:00)

“Qarabağ” asan yem olmayacağını göstərdi” - rəqib futbolçu

0

“Tottenhem” bu mövsüm istər İngiltərə Premyer Liqasına, istərsə də Avropa Liqasına rəng qatacaq. Mövsümün startından komandanın gənc futbolçuları uğurlu oyunlar keçirirlər”. Apasport.az saytının məlumatına görə, bunu “Tottenhem”in müdafiəçisi Erik Dayer deyib.

 

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan London klubu ilk görüşünü Londonda məhz təmsilçimizə qarşı keçirmiş və qələbə qazanmışdı.

 

Nabil Bentaleb, Musa Dembele və Rayan Mason kimi aparıcı oyunçuların zədədən əziyyət çəkməsinə münasibət bildirən 21 yaşlı Dayer bunun onlara ciddi təsirinin olmayacağını düşünür.

 

Universal futbolçu yerli mətbuata açıqlamasında təcrübəlilərin yoxluğunu hiss etdirmədiklərini düşünür: “Tottenhem”də əgər güclüsənsə, mütləq əsas heyətə düşəcəksən. Çünki baş məşqçimiz Mauritsio Poçettino nə yaşa, nə də ad-sana baxır. Onun bu prinsipi bütün gənc futbolçuları həvəsləndirir. Poçettino, üstəlik, hamıya özünü göstərmək şansı verir. O, biz gənclərə güvənir, bunu da hər dəfə deyir. Belə yerdə gənclərə yalnız etimadı doğrultmaq qalır. Poçettinonun rəhbərliyi altında çıxış etdiyim üçün özümü çox şanslı sayıram. Premyer Liqada “Everton” (0:0), “Sanderlend” (1:0) və “Kristal Pelas”la (1:0), həmçinin Avropa Liqasında “Qarabağ”la (3:1) oyun bir nümunədi. Həmin görüşlərdə gənclər üstünlük təşkil etdilər. Nəticədə bu 4 oyundan 3-də qələbə qazandıq, 1-də heç-heçə etdik”.

 

Dayerin fikrincə, “Tottenhem” Avropa Liqasını qazanmaq iqtidarındadı: “Premyer Liqada ilk “dördlüy”ə düşməklə yanaşı, Avropa Liqasının da qalibi olmaq istəyirik. Hazırda geniş və güclü heyətimiz var ki, bunun öhdəsindən gələ bilər. Avrokuboka uğurlu start götürməyimiz də bu turnirdə nə qədər ciddi olduğumuzu göstərdi. Qrupun, bəlkə də, ən çətin komandası olan “Qarabağ”a qalib gəldik. Əvvəlcədən “Monako” və “Anderlext” barədə daha geniş məlumata malik idik. “Qarabağ” isə bizə qarşı oyunu ilə asan yem olmayacağını göstərdi. Məncə, 4 komandanın hər birinin qrupdan çıxmaq şansı eynidi. Bir sözlə, çox ağır qrupa düşmüşük. Ancaq istənilən halda məqsədimiz qrupdan çıxmaq və finala qədər irəliləməkdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar