“Qarabağ” “Rəvan”ın ümidlərini qırdı
22 fevral 2013 17:52 (UTC +04:00)

“Qarabağ” “Rəvan”ın ümidlərini qırdı

Futbol üzrə Topaz Premyer Liqasında XXI tura start verilib. Lent. az - ın məlumatına görə, açılış oyununda “Rəvan” “Qarabağ”ı qəbul edib.

 

Bu görüş meydan sahibləri üçün ilk “6 - lığ” a düşmək baxımından son şans sayılırdı. Bu vəzifənin öhdəsindən  hələ ötən tur gəlmiş“ Qarabağ” isə 3 xal əldə edəcəyi təqdirdə, ikinci pilləyə yüksələcəkdi. Ona görə də “Rəvan” şansından yararlanmalı idi. Amma paytaxt təmsilçisi nəinki qələbə, heç 1 xal da qazana bilməyib.

 

 

Bakıdakı “Bayıl Arena”da keçirilən görüşə qonaqlar daha fəal başlayıblar. Hələ 6-cı dəqiqədə Riçard Almeyda hesabı açıb. 19-cu dəqiqədə “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli ikinci qolu vurub. Buraxdığı qollardan sonra “Rəvan” fəallaşıb. 26-cı dəqiqədə Xuan Manuel Varea fərqi azaldıb. 59-cu dəqiqədə isə Mindauqas Kalonas bərabərlik qolunu vurub. Lakin 67-ci dəqiqədə “Rəvan” azlıqda qalıb. Baş hakim Elçin Məmmədov ikinci sarı vərəqə ilə Miloş Adamoviçi meydandan qovub. “Qarabağ” say üstünlüyündən uzatma dəqiqələrində yararlanıb. Komandanın daha bir albaniyalı legioneri Admir Teli qələbə topunu vurub – 3:2.

 

Bununla da “Qarabağ” xallarını 38-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. “Rəvan” isə 22 xalla 9-cu pillədə qalıb. 

 

22 fevral (cümə)

 

“Rəvan” (Bakı) – “Qarabağ” (Ağdam) – 2:3
Qollar: Xuan Manuel Varea, 26. Mindauqas Kalonas, 59 - Riçard Almeyda, 6. Ansi Aqolli, 19. Admir Teli, 90+1  

Qırmızı vərəqə: Miloş Adamoviç, 67 (“Rəvan”)
 

17:00. “Simurq” (Zaqatala) – “Bakı”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Namiq Bəkirov

Zaqatala şəhər stadionu

 

23 fevral (şənbə)

 

15:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Fariz Yusifov, Azər  Əsgərov ,Vaqif Musayev, Vüsal Əliyev

Qəbələ şəhər stadionu

 

17:00. “Neftçi” (Bakı) – “İnter” (Bakı)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov

Bakı, “Bakcell Arena”

 

18:00. AZAL (Bakı) – “Kəpəz” (Gəncə)
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, Ramil Diniyev

Bakı, “AZAL Arena”

 

24 fevral (bazar)

 

15:00. “Sumqayıt” – “Turan” (Tovuz)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rza Məmmədov, Feyzulla Feyzullayev

 

Bakı, “Bayıl Arena”.

# 593
avatar

Oxşar yazılar