Futbol üzrə Çempionlar Liqasının ¼ finalında üz-üzə gələcək komandalar arasındakı qarşılaşmaların vaxtı dəqiqləşib. Lent.az-ın məlumatına görə, Türkiyənin “Qalatasaray” klubu İspaniya “Real Madrid”i ilə ilk görüşünü aprelin 3-də səfərdə keçirəcək.
Cavab oyunu aprelin 9-da İstanbulda olacaq.
2 aprel – 10 aprel
PSJ (Fransa) – “Barselona” (İspaniya)
“Bavariya” (Almaniya) – “Yuventus” (İtaliya)
3 aprel – 9 aprel
“Malaqa” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
“Real Madrid” (İspaniya) – “Qalatasaray” (Türkiyə)