“Qalatasaray”ın yeni hədəfi “Arsenal”ın futbolçusudur
25 mart 2013 12:58 (UTC +04:00)

“Qalatasaray”ın yeni hədəfi “Arsenal”ın futbolçusudur

Türkiyənin “Qalatasaray” klubu “Arsenal” ın futbolçusu Cerviniyonu transfer etmək niyyətindədir.

Lent.az-ın  məlumatına görə, bu barədə Britaniya mətbuatı yazıb. Xəbərdə bildirilir ki,  “Qalatasaray” klubunun 2015-ci ildə London klubu ilə müqaviləsi bitən futbolçunun transferi  üçün  görüşlərə başlayacağı iddia edilir.

Qeyd edək ki,  25 yaşlı futbolçu  bu mövsüm Premyer liqada 14 matçda 4 qol, Çempinolar Liqasında isə 6 matçda 2 qol vurub.

 

# 1044
avatar

Oxşar yazılar