Türkiyənin “Qalatasaray” klubunun hollandiyalı ulduzu Vesley Şneyder zədələnib. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Vesley Şneyder martın 22-də Hollandiya yığmasının Estoniya ilə oynadığı oyunun 35-ci dəqiqəsində zədələnib.
Oyuna Hollandiya yığmasının kapitanı kimi başlayan Vesley Şneyder zədələndikdən sonra Rafael van der Vaartla əvəzlənib. Futbolçunun zədəsinin nə dərəcədə ciddi olub-olmadığı hələ açıqlanmayıb. Əgər Vesley Şneyderin zədəsi ciddi olarsa, bu, Çempionlar Liqasında İspaniyanın Real komandası ilə görüşə hazırlaşan “Qalatasaray” komandası üçün ağır itki olacaq.