“Qalatasaray”dan daha bir transfer bombası
28 yanvar 2013 10:36 (UTC +04:00)

“Qalatasaray”dan daha bir transfer bombası

Türkiyənin “Qalatasaray” klubu daha bir ulduz futbolçu transfer edib. Lent.az-ın “NTV Spor”a istinadən verdiyi məlumata görə, məşhur hücumçu Didye Droqba ilə 1,5+1 illik müqavilə imzalanıb.

 

35 yaşlı forvard 4 milyon imza pulu ilə yanaşı, mövsümün sonunadək 2 milyon avro, gələn mövsüm 4 milyon milyon avro və  müqaviləsi daha bir mövsüm uzadılarsa, 2,9 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Didye Droqba ötən mövsüm İngiltərənin “Çelsi” klubunun heyətində Çempionlar Liqasının qalibi olub. O, cari mövsümün ilk yarısını Çinin “Şanxay Şenxua” komandasında keçirib. “Qalatasaray” daha öncə İtaliya “İnter”indən hollandiyalı yarımmüdafiəçi Uesli Sneyderi alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1011
avatar

Oxşar yazılar