“Qalatasaray”da “yarpaq tökümü”
26 mart 2013 12:39 (UTC +04:00)

“Qalatasaray”da “yarpaq tökümü”

 

Türkiyənin “Qalatasaray” klubu mövsümün sonunda iki aparıcı futbolçusunu satmağı qərara alıb. Lent.az-ın “Kanaltürk”ə istinadən verdiyi məlumata görə, həmin oyunçular qapıçı Fernando Muslera ilə hücumçu Burak Yılmazdır.

 

Xəbərdə bildirilir ki, “Cim-Bom”un prezidenti Ünal Aysal Musleranı İngiltərə “Arsenal”ına 20 milyon avroya satıb. Artıq tərəflər arasında bu barədə anlaşma əldə olunub. Əvəzində “Qalatasaray” “Trabzonspor”un qapıçısı Onur Kıvrak alınacaq. Kıvrakın hazırkı klubu ilə müqaviləsində “7,5 milyon avroya sərbəst qala bilər” bəndi göstərilib.

 

Vurduğu 8 qolla “sarı-qırmızılar”ın Çempionlar Liqasının ¼ finala vəsiqə qazanmasında böyük pay sahibi olan Yılmaz isə İspaniya “Atletiko”suna keçəcək. Madrid təmsilçisi kolumbiyalı forvardı Radamel Falkaonu sataraq, Burakı almaq istəyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1666
avatar

Oxşar yazılar