“Qalatasaray”a şad xəbər
29 yanvar 2013 18:15 (UTC +04:00)

“Qalatasaray”a şad xəbər

Azərbaycan millisi ilə oyunda debüt edən futbolçu “Tottenhem”ə satıldı

 

Türkiyənin “Qalatasaray” klubunun Çempionlar Liqasındakı rəqibi Almaniya “Şalke”si komandanın aparıcı futbolçularından sayılan Lüis Holtbini İngiltərə “Tottenhem”inə satıb. Lent.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.

 

Bu keçiddən “Şalke”yə 1,5 milyon avro çatıb. Ona klubundan yeni müqavilə təklif olunsa da, uzatmaqdan imtina edib. Əvəzində Holtbi Almaniya klubuna transferi qarşılığında pul qazandıra bilib.

 

“Qalatasaray”la “Şalke” arasında ilk görüş fevralın 20-də Türkiyədə, cavab görüşü isə martın 12-də Almaniyada olacaq.  

 

Qeyd edək ki, Luis Holtbi bu mövsüm “Şalke”nin heyətində 19 oyunun hamısında meydana çıxıb və 4 qol vurub. O, komandasının Çempionlar Liqasının 1/8 finala vəsiqə qazanmasında da böyük pay sahibi olub. Holtbinin atası İngiltərənin Liverpul şəhərində doğulsa da, anası almandır. Futbolçu məhz Almaniya yığmasını seçib və ilk rəsmi matçı 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisinə qarşı olub. Bu, 2011-ci ilin 7 iyununa təsadüf edib. Ümumiyyətlə, o, “Şalke”də 77 oyuna 13 qol vurub, yığmada isə 3 oyun keçirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1411
avatar

Oxşar yazılar